Senaryo Ekibi

Cəmil və Zərinə - Azerice Sinopsis

Yazan: Rəhimov Tehran       

Sinopsis:

Cəmil və Zərinə

Zərinə çox ərkəsöyün və atasının pullarını dəlicəsinə hərcləyən gözəl və baxımlı bir qız idi.Bir soyuq qış günü dostları ilə birlikdə küçələri dəli dolu gəzərkən küçə quldurları tərəfindən qarşıları kəsilər.Quldurlar cavanlardan pul və telefonlarını istərlər ancaq cavanlar hərəsi bir tərəfə qaçmaq istəyərlər.Quldurlar qaçmağa çalışan cavanları tutmağa çalışar ancaq yalnız Zərinəni tutmağa nail olmuşdular.Bu zaman quldurlar Zərinənin gözəlliyini görüb ona əhlaqsızca təcavüz etmək istəyərlər.Zərinə qorxusundan qışqıraraq etrafa səs salmağa çalışar.Bu zaman onun səsini eşıdən Cəmil səs istiqamətində qaçaraq həmin küçəyə çatar.Burada o qızın kömək istədiyini görər və ona kömək etmək üçün quldur talpasının içinə girər.Quldur talpası idmançı görkəmli Cəmili görər və onunda üstünə hücum edərlər.Cəmil qarşısına çıxan quldurları yaxşıca vuraraq hərəsini bir tərəfə yıxar və Zərinəni xilas edər.Zərinə şok içində idi o yıxılmış dizini zədələmişdi və ona kömək edən oğlana heyran olmuşdu.Zərinə dərxal gülümsəyərək oğlanın adını soruşaraq təbəssüm edər.Oğlan Cəmil deyərək təbəssüm edər və qizdanda adını öryənərək tanış olar.Cəmil Zərinəyi evinə qədər ötürər.Qız yol boyu atasını çox zəngin biri olduğunu və sənə məni xilas etdiyin üçün sənə nə kömək lazım olsa göstərəcəyini deyər.Atası Mikayıl Həsənli adlı zəngin iş adamı idi.Milyonlarla pulu əmrində isə bir çox adamları vardı. Zərinə və Cəmil evə çatdıqlarında atası qızını gec qaldığı üçün tənqid etməyə başlamazdan evvəl qızına və yanında ki oğlana baxar.Oğlandan kimliğini soruşmaq istərkən qızının yaralı olduğunu daha sonra Cəmil məsələni atasına izah edər.Cəmilə təsəkkür edən ata onu evdən uğurlayar.Qiz atasına Cəmilin qəhrəmanlığından danışar və Mikayıl Cəmili öz işlərinə cəlb eləmək fikrinə gələr.

Cəmil özü isə idmançı oğlan idi.Onun bir çox diplomları və bu müsbət şeylərdən əlavə birdə qaranlıq işləridə vardı.Uzun sözün qısası Cəmil mafiya bandasının başçılarından birinin ən yaxın adamı idi.Cəmil haqqında məlumat toplayan Mikayıl onun bu işlərindən xəbər tutar və qızını ondan uzaq tutmaq istəyər.Ancaq Zərinə dəlicəsinə Cəmilə vurulmuş və hətta onun üçün ölümədə gedəcək qədər çox sevmişdi.Cəmilində ürəyi Zərinəyə qarşı boş deyildi iki üç ay gizlincə görüşən Cmil ə Zərinə bir birilərinə dəlicə tutulmuşdu.Mikayıl qızını Cəmildən ayırmaq üçün ən yaxın dostu olan mafiyaçı bandanın başçısı Kənandan yardım istəyər.Kənan şərt qoşaraq qızı oğlu Turala istəyər və əgər oğluma versən qızını məndə Cəmili aradan çıxardaram.İki tərəf razılığa gələr və Kənanın dəstəsi Cəmilin mafiya bandalarına silahlı basğın edərlər bu silahlı basğından heç kəs sağ qalmaz Cəmil və Təyyardan başqa.Təyyar Cəmilin böyüyü idi.Və çox qəzəblənmişdi.Kənandan belə bir zərbə gözləmirdi.İki tərəf yaxşı münasibətdə idilər.Cəmil isə hələ heçnəyi qavraya bilmirdi dostlarının ölümlərin qisası və bir tərəfdədə sevdiyi qız vardı hansı yola gedəcəyini bilmirdi.Təyyar Kənanla gizli görüş təyin edər və adamlarının nə üçün canlarından olduqlarını bilmək istəyər.Kənan Təyyara onunla heç bir dərdi olmadığını sadəcə Cəmilin öldürmək istədiyini və nə üçün onu öldürmək istədiyini deyər Təyyar isə Kənana səndən admlarımın qisasını mütləq alacam indi isə Cəmillə aranızdan çəkilirəm deyir.Bir tərəfdən ürəyi bu qərara razı olmasada digər tərəfdən qisasını ala bilməsi üçün bunun vacib olduğunu bilirdi.Zərinə ilə gizlicə danışan Cəmil Zərinənin Turala zorla nişanlandığını və bir aydan sonrada toyunun olacağını deyər.Cəmil isə Zərinəni qaçırmaq fikrinə düşər.Bir ay ötər və Zərinəni toy zamanı Cəmil qaçırdar.Bu müddət ərzində Təyyar ilə görüşməyən Cəmil Təyyara zəng edərək ondan kömək istər.Təyyar gizlingə Cəmili izləyirdi.Ancaq telefonda Cəmilə heç bir kömək etməyəcəyini deyirdi.Telefonu tullayan Cəmil ancaq Zərinə və özünü düşünürdü.Onların izində eləcədə Tural Kənan və adamları ilə birlikdə Mikayılda var idi.Cəmil sevgisinə qarşı qəhrəmanlıq etmişdi gözlənilən son çatmışdı.Kənan və adamları Zərinə və Cəmilin qarşısını kəsmışdılər.Tural və Mikayıl Zərinəni Cəmilin əlindən almış Kənan isə adamları ilə birlikdə Cəmili təkləmişdilər.Cəmili bədəninin hərəkətli oynaq  yerlərindən vuraraq zədələmişdilər.Cəmil qanlar içində idi.Halı amanı qalmamışdı.Zərinə isə gözü qarşısında sevdiyinə edilən zülmün qarşısında gözləri yaşla dolmuş atasından yardım istəyərək nə istəsəniz edəcəyini deyirdi.Bircə Cəmilə toxunmayın.Bunu eşidərək Cəmili qısqanıb qəzəblənən Tural Zərinəni çox sevirdi və bu sözlərdən sonra hirsini Cəmildən çıxmaq istəyər.Cəmilə hücum edən Tural Cəmilin hərəkəti qarşısında acız qalmış və ürəyinə dəmir parçasını vurmuşdu Tural atasının gözü önündə yerə yıxılaraq can verər.Təyyar isə qıraqdan tamaşa edərək ümüdsüz sonu gözləyirdi.Öldürülən adamlarının və Cəmilin qisasını almaq üçün.Təyyarın vicdanı bu hadisəyə şahidlik etməyə dözmürdü və son bir anı gözləyə bilmirdi.Kənan oğlunun gözü qarşısında öldüyünü gördüyü zaman qəzəblənərək əlindəki silahla Cəmilə atəş açaraq onu sinəsindən vurar və oğlunun cəsədinin yanına gedər.Bu an hər kəsin gözlərindən yaşlar axmağa başlayar.Kənan bir tərəfdə oğlu üçün Təyyar Cəmilə yardım etmədiyi üçün və Zərinə sevdiyi adam olan Cəmil üçün Mikayıl isə öz qızı üçün.Təyyar maşınından enərək əlindəki Avtomat Kalaşnikov silahla Kənanın adamlarını Mikayılı və Kənanı güllələyərək qətliam edər.Cəmilə yaxınlaşaraq ondan üzr istəyən Təyyar Zərinəyədə səbirli olmağını deyər.Və biradan maşınına minərək uzaqlaşıb gedər.Saatlar sonra həmin yerə gələn Polislər yerdə yatan on ölü cəsədin olduğunu və birdə gəlinlik donunda olan dəli olmuş Zərinəni görərlər.Cəmil Zərinənin qollarında can vermişdi.Zərinədə sevdiyinin ölümündən sonra ağlını itirmişdi.

 

Janr: Aksiyon və Drama

Tarix: 11.V.2013

Yazan: Rəhimov Tehran

Hekayə: Cəmil və Zərinə

 


Yorumlar - Yorum Yaz
Öykü Yazarları Köşesi
Etkinlikler

  Facebook'tan takip et!

Ziyaret Bilgileri
Aktif Ziyaretçi1
Bugün Toplam111
Toplam Ziyaret1403026
Site Haritası