Senaryo Ekibi

Qisasçı ata - Azerice hikaye

Yazan: Rəhimov Tehran       

Hekayə:

      Azər gənc bacarıqlı və istedadlı jurnalistikaya yeni addım atmış 21 yaşlı gələcəyidə çox parlaq bir oğlan idi.Bir yağışlı payız səhəri işə gedər və birdə geri dönməz.Atası, qardaşı, və Polis onu hər yerdə axtarsada ondan nə bir iz, nədə xəbər vardı.Azəri heç dayanmadan axtaran qardaşı və atası təəssüf ki, onu tapa bilmirdiler.Sevdiyi qız Nanede o itən gündən üzü gülmür her gün ağlayaraq Azər üçün dualar edirdi.

      Hadisədən tam bir il keçər bütün axtarışlara baxmayaraq Azeri heç kim görməmiş sanki toz olub uçmuşdu göy üzünə.Ümüdlər tükənmiş Polisin keçirdiyi axtarış da dayandırılmışdı.Buna dözə bilməyən Azərin atası Əlixan oğlu Ayazla bircə axtarışa davam edirdilər.Polisdə olan qeydiyyatlar əsasında Azərin son dəfə göründüyü məhəlləyə yollanan qardaşı Ayaz burada kiçik bir uşağın boynunda vaxtı ilə özünün hazırladığı boyun sepini görər.Ayaz bu sepi məs itkin qardaşı Azərə hazırlamışdı və heç bir analoquda yox idi.Sepin boyunluğunda olan Nanə çiçəyinin sinvolu və üzərində də qardaşının sevdiyi qız olan Nanənin adını yazılmışdı.Ayaz əsgərlikdə Fizuli rayonunda xidmət etmiş və kəşfiyyatçı olmuşdu.Ayazında 28 yaşı var idi və o hələdə ailə həyatı  qurmamışdı.Həmin uşağı sorğu sual edən Ayaz uşağı qorxudar və uşaq ondan qaçaraq evinə gedər.Səhəri gün təkrar həmin məhəlləyə gələn Ayaz həmin uşağın evinə gedərək uşğın ailəsinə vəziyyəti izah edər.Uşağın atası uşağa qışqıraraq ondan sepi hardan tapdığını öyrənmək istər.Uşaq atasından qorxub sepi tapdığı yerə apararaq yeri Ayaza göstərər.Burada Ayaz gördüyü mənzərənin heçdə xoş olmadığını görər.Yerlərdə qurumuş kürümüş qan ləkələri və qardaşına aid fotokameranın sındırılmış qalıqları vardı.Dərhal atasına və Polisə məlumat verər həmin yerə toplaşan Polis materialları araşdırmağa başlayarlar.Bu qan ləkələrindən çıxacaq nəticələr Azərin sağ vəya ölü olmasını bildirəcəkdi.Bir həftə sonra nəticələr təyin olunaraq qan ləkələrinin Azərə aid olduğu ləkələrin bir qisminin isə Azərin itkin düşdüyü zamanlarda bir başqa itkin düşən iki şəxdən biri olan xanıma aid idi.Təkrar hadisə yerinə gələn Polis və Əlixan və böyük oğlu qan ləkələrinin izini izləyərək 5-10 metr məsafə sürütlənmədən sonra maşın təkərinin izi ilə rastlaşarlar.Bu izlər ekspertdən məlum olunan nəticəyə görə yağışlı havada həmin ərazinin palçıq olmasına görə təkər batmış və izi bir ildən çox olsada quruyaraq tozlaşaraq daşlaşıb qalmışdı.Polislərin izlədikləri təkər izi məsafəsinin  təxmini 200-300 metrlik uzunluqda düz xətt istiqamətində olduğu idi.Buradada həmin maşının təkər izləri istiqamətini 90 dərəcə çevrildiyi istiqamətdə asas yol trasına tərəf getdiyi trasdan sonrada izlər itmişdi.Polislər istiqamətin dəyişdiyi yerdə bir məzar aşkar edər və bu məzar qazılaraq içindən 3 fərqli insan sümükləri çıxarılaraq ekspertə yollanılar.Nəticələr məlum olunar və cəsədlərdən itkinlərdən biri olan xanım Qəmbərova Fatiməyə digər baş sümüyü parçalanmış kişi cinsli Zakir Əhmədova və son sümüyün isə Ələsgərov Azərə aid olduğu təyin olunar.Bu pis xəbəri aldıqdan sonra yas tutan Əlixan və oğlu Ayaz kiçik oğlunun nə səbəbdən öldürülməsini araşdırmağa və oğlunun qisasını almağa and verərlər.Əlixan böyük oğlunu bu işdən uzaq tutmaq istər.Ancaq bunun heç bir faydası olmaz.Kimlikləri məlum olan digər səxslərin  ailəsini araşdırmağa başlayan ata oğul Zakirin ən yaxın dostunun tanınmış şəxs olan Qəmbərov Tərlanın olduğu və bir təsadüfdə qadının isə Tərlanın həyat gün yoldaşı Fatimə olduğunu bilərlər.Polis təkrar işi açdığında isə Tosu ləqəbli Tərlan barəsində qiyabi iş açıldlğı amma heç bir tədbirin görünmədiyini bilən keçmiş köhnə hərbçı olan 53 yaşlı Əlixan daşın altına öz əlini qoyaraq bu işin üstünü açmağa və oğlunun ölümündə bu adamın əli varsa onu öz əlləri ilə gəzalandırmağa niyyət edər.Əlixan özü sovet quruluşu zamanı rus ordusunda Çeçenistanda kəşfiyyatçı olmuşdu. Burada qəhrəmancasına vuruşmuşdu.Araşdırdığı izlərdən sonra Tərlanın narkotika alveri ilə məşğul olduğunu və tez-tez Fizuli rayonuna işlə bağlı getdiyini bilər.Fizuliyə araşdırmaq üçün getdiyində oğlu Ayaz onunla bir hərəkət edər və Ayaz xidmət elədiyi hərbi hissədə Tərlanın məkanını adamlarını araşdırar.Ayazın məlumatlandıqdan sonra atası ilə məsləhətləşər və atasını Bakıya Tərlanın barəsində araşdırma aparması üçün göndərmək istər.Ancaq Əlixan oğlundan bunu özü etməsini Bakiyada oğlunun getməsini istəyər.Ata oğul razılaşır və Ayaz Bakiya yollanır.Və Əlixan oğlundan aldığı məlumatların əsasında Fizulidə yaşayan bir nəfərdən silah sursan almaq istədiyini və yaxşı pulu olduğunu söyləyərək razı salar və İran sərhəddində ona gizlingə İrandan odlu silahlar gətirərlər.Silahları alan Əlixan uzun müddətdən sonra oğlunu və gəncliyi məxf edən narkotik alverçılərinə qarşı tək başına mübarizəyə başlar.oğlunun öldürülməsindən iki ilə yaxın olan bu müddətdə yalnız qisas eşqi ilə yanmış və təcrübəsi ilə də o baş  düşmənlərini yavaş-yavaş tək-tək öldürərək Tərlanın adamlarını yox edər.Bunu eşidən Tərlan dərhal Fizuliyə yola düşər və adamlarının kim tərəfindən öldürüldüyünü aşkar etmək istər.Fizuliyə gələn Tərlanın ardınca Ayazda gələr.Tərlan dərhal onun ortağı olan İranlı narkotika tüccarı Abbas Kərimiyə zəng edərək vəziyyəti deyər Abbasdan Fizuliyə gəlməsini və adamlarınıda gətirməsini istəyər.Onları pusquda gözləyən Əlixan isə onların məkanına saatlı bomba qurmuşdu həmdəki narkotikanın içində.Tərlan vəAbbas adamları ilə məkana gəldiklərində partlayiş baş verər və hər yer narkotikanın tozu ilə dolar.Göz gözü görməz ancaq atəş səsləri eşidilər.Əlixan qarşısına çıxan hər adamı güllələyərək öldürə öldürə məkana daxil olar.Abbas və Tərlan şokda və qorxu içində idilər.Onların qulağına isə sadəcə Əlixanın onlara söylədiyi sözləri eşidirdilər.Əlixan onlara oğlunun qisasını almağa gəldiyini və onlara oğlunun necə öldüyünü deyərək itkin oğlunun axtarışlarının əzab əziyyətindən bəxs edirdi.Tərlan hatırlayaraq qaçmaq istərkən oğlu Ayaz onu tutar və bu anda arxadan Abbas tərəfindən yaxalanaraq girov götürülər.Əlixan isə Abbası səslər ilə çaşdıraraq hər tərəfə atəş açmağına zəmin yaratdı.Bu an Ayaz onu fəndə salaraq altına salaraq boğar.Boğularaq ölən Abbasdan sonra isə Ayaz Tosunu öldürmək üçün ayağa qalxar.Tərlanla döyüşən Ayaz yerə yıxılar.Və atəş səsi eşidər.Əlixan Tərlanı güllələyərəq qətlə yetirər.Oğlunun qisasını alan Əlixan böyük oğlu ilə birlikdə Bakiya tərəf yola düşər və Bakiya çatdıqdan sonra Polisə təslim olar.Oğlu Ayazı qoruyaraq cinayətləri tək törətdiyini deyən Əlixan səbəb isə həm ölmüş oğlunun qisasını almaq həm də narkotika alverçilərini cəzalandırmaq olduğunu deyər.Üç həftə sonra cinayətlərin üstü açılaraq 2 il qabaq itkin düşən üç şəxsin yəni Fatimə xanım və Zakir Tərlana həyanət etmiş Zakir ən yaxın dostu Tərlanın yoldaşı Fatimə ilə intim əlaqədə olmuş Tərlanda onları yaxalayaraq öldürən zaman təsadüfən orada bu olanlara şahid olan gənc jurnalist Azər şəkil çəkmək istərkən Tərlanın adamları tərəfindən öldürülmüşdü fotokamerası sındırılmış və boyun sepi qopmuşdu.Cəsədi sürütlənmiş və maşına qoyularaq Tərlanın yoldaşı və dostu Zakirlə birlikdə basdırıldıqları yerə aparılmışdılar.Burada başından yaxın məsafədən vurulan Zakir başı patlamış və açılan məzara düşmüşdü Azərin cəsədidə həmin məzara atılmış sonda isə Fatimənin döş nahiyyəsindən bədənini yaran Tərlan yoldaşının cəsədini məzara ataraq basdırmışdılar.Və bir il 10 aydan sonra 2 gün ərzində aralarında İranlılarında olduğu narkotika alverçısı banda eləcədə əvvəlcə olunan cinayətləri törədən Tərlanın cəsədidə var idi.Əlixan bu son cinayətləri üstünə götürərək törətdiyi qətliamı qəbul etmişdi.Oğlu Ayazı bu işə qatmayan ata həm kiçik oğlunun qisasını alaraq oğulları uğrunda qəhrəmancasına vuruşmuşdu.Və bundan heçdə peşman deyildi.Əlixana məhkəmədə ömürlük həbs verilsədə o artıq getdiyi yerdəki onu gözləyən məhkumlarında qəhrəmanı olaraq hörmət qazanmışdı.

 

Sloqan: Bəs sizin üçün atanız nə edərdi?

Ölkə: Azərbaycan.

Tür: Aksiyon / Drama / Dedektiv.

Öykü: Rəhimov Tehran


Yorumlar - Yorum Yaz
Öykü Yazarları Köşesi
Etkinlikler

  Facebook'tan takip et!

Ziyaret Bilgileri
Aktif Ziyaretçi2
Bugün Toplam133
Toplam Ziyaret1369573
Site Haritası