Senaryo Ekibi

Coşqunun istəkləri - Hikaye

Tarix: 12 APREL 2013

Yazan: RƏHİMOV TEHRAN 

Hekayə: Coşqunun istəkləri

      Coşqun atası Nuru  ilə birlikdə yoxsul və çasıb bir məhəllədə kirayə evində yaşayırdı.Coşqunun atası Nuru alkaş piyanıska səfil bir avara idi.Coşqun elə buna görədə atasına nifrət edir və ondan utanırdı.Hər gün atası ilə içki (araq) üstündə ağızlaşır və davalaşırdı.Evdən səs küy əscik olmurdu.Coşqun bir tükanda satıcı kimi işləyirdi.Tükanın sahibi ilə arasında mübahisə yaranar və tükanın sahibi onu işdən azad edər.Coşqun günlər keçməsinə baxmayaraq özünə iş tapa bilməz.Ev sahibidə qapıya dirənmişdi.Pul yox idi ev sahibi verilməyən üç ayın pulunu tələb edirdi.Coşqunda üzr istəyərək bir azda vaxt istəyirdi.Ev sahibini razı salsada atasını razı salanmırdı atası ilə yenədə davalaşırdı pul, içki və s. üstündə.Coşqun artıq bezmişdi biraz imkan pul para, biraz tanınmaq söhrət, və birazda sevgi hörmət görmək.Həyatı yalanlarla dolu idi.Heyli fikirləşir amma çıxış yolu tapa bilmirdi. Artıq meylini quldurluq, oğurluq, banditlik eləməyə salmışdı.Elə bu düşüncə ilə məhəllədən tanıdığı bandit dəstəsindən biri olan Heydərin dəstəsinə qoşulmaq üçün Elşəndən onuda bu dəstəyə cəlb etmələrini xahiş edər.Elşən onu dəstəyə cəlb edər və oda artıq banditliyə başlayar.Cosqun quldurluq və oğurluqdan yaxşı pullar qazanar və istədiyi kimi pullarını xərcləyər.Birinci növbədə bütün borclarını verər.Özünü artıq tutmuş olan Coşqun bir müddət sonra tək yaxını olan atası Nurunun ölüm xəbərini alar.Atasını yolu piyan halda keçmək istərkən bir maşın vuraraq öldürər.Heç bir həftə bitmədən bu dəfə dəstələrindəki dostu Elşəni Polis tərəfindən yaxalanaraq tutulduğunu sonrada öldüyünü eşidər.Polisdə dindirilmə zamanı Polis müstəntiqi Zeynalov İbad onu ikinci mərtəbədən aşağı ataraq öldürmüş, lakin ikinci mərtəbədən Elşənin özünü ataraq özünə qəst etdiyi bildirilmişdi.Bir müddət sonra Heydər Elşənin ölüm səbəbinin belə olmadığını və müstəntiqin öldürdüyünü bilər.Və Heydər bunun qisasını almaq üçün öz bandasını yığar.Heydər bandası ilə birlikdə Zeynalovun evinə basqın edərək onun ailəsini və Zeynalovun özünü qətlə yetirər.Evdəki qızıl zinyət əşyaları talan edib qaçarlar. Bu qətillərdən narazı olan Coşqun Heydərə bunu deyər və bandanı tərk etmək istədiyini bildirər.Heydər Coşqunla razılaşaraq onu bandadan çıxardığını və sərbəst olduğunu deyər. Amma Heydər onu yollayarkən arxasından bıcaqla vuraraq Coşqunu öldürər. İki saat sonra bir qadın tərəfindən tapılan Coşqunun bədəni hələ isti idi.Və həmin qadın onun həyatını xilas edər.Bu hadisədən 1 ay keçər və Coşqun tam sağalaraq xəstəxanadan çıxarılar.Polisə verdiyi açıqlamalarda keçmiş dostlarını satmayan Coşqun yadında heçnəyin qalmadığını və hadisələri xatırlamadığını bildirər.Coşqunun məqsədi o idi ki, məs bunu ona edənlərin dərsini özü versin.Coşqun Heydəri axtarıb tapar və həm Heydərin bandasını, həmdə onu öldürsün.İki gün keçər və Cosqun bu iki gün ərzində Heydərin 4 nəfərlik bandasını tək tək öldürər sonda isə Heydəri öldürərək qisasını alar.Polisə təslim olan Cosqun həps olunaraq türməyə düşər.Məxbusluq zamanı isə hər kəs ona böyük hörmət göstərərlər.Beləcədə Cosqun ən çox istədiyi 3 şeyidə görər.Quldur bandit olduğu zaman imkan pul para.Heydərin bandasını məxf etdikdən sonra ad qazanaraq tanınar və şanı artar.Həpsə düşdükdən sonra isə hörmət qazanaraq son istəyinidə yerinə yetirər.


Yorumlar - Yorum Yaz
Öykü Yazarları Köşesi
Etkinlikler

  Facebook'tan takip et!

Ziyaret Bilgileri
Aktif Ziyaretçi2
Bugün Toplam22
Toplam Ziyaret1372050
Site Haritası